Putinin gizli keçmişi - ALTDAKI PUTİNDİR
Rusiya Prezidenti Vladimir Putinin gənclik illərində maraqlı və geniş ictimaiyyətə məlum olmayan fəaliyyət sahəsi ortaya çıxıb.
Musavat.com xəbər verir ki, məlum olub ki, o, 1970-ci illərdə sovet filmlərində kaskadyor kimi çıxış edib.
Bu məlumat hələ 2017-ci ildə “Dojd” telekanalında yayımlanan “Piterlilər” adlı sənədli serialda səsləndirilib. Serialda bildirilir ki, Vladimir Putin dostları ilə – sambo idman növü ilə məşğul olan gənclərlə birlikdə bir neçə filmdə çəkilib. O dövrdə SSRİ-də kaskadyorlar çox zaman məhz idman bölmələrindən seçilirdi.
Putinin yaxın dostu və “Vladimir Putinlə birlikdə cüdo öyrənirik” kitabının müəlliflərindən biri olan Vasili Şestakovun sözlərinə görə, onlar birgə “Blokada”, “İjorski batalyonu” və daha bir filmə çəkiliblər: “Bizə yaxşı pul verirdilər – o dövrdə bu pulla restorana getmək mümkündü”, – deyə Şestakov xatırlayıb.