Dərc edilib: 28-07-2025

https://www.nuh.az/42465-.html

MAXE dənizdə boğulan yeniyetməni XİLAS ETDİ və ÖZÜ BOĞULUB ÖLDÜ

28.07.2025 12:42:21

LIVE

Dünən Binəqədi rayonu Novxanı qəsəbəsində 2 nəfərin dənizdə boğularaq öldüyü hadisənin təfərrüatı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, Novxanı-Pirşağı yolunun kənarındakı ictimai çimərlikdə baş verən hadisə vaxtı dənizdə boğulan yeniyetmələrdən birini DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu xilas edib.

Belə ki, 2003-cü il təvəllüdlü MAXE Əliyev Rəvan Şahin oğlu boğulmaqda olan 16 yaşlı Sənan Şamayevi xilas edib. O, digər yeniyetmə - 16 yaşlı Cabbarov Əli Elşən oğlunu xilas edərkən hər ikisi suda boğulub.

Bildirilir ki, yeniyetmələr dənizə Sənanın atası ilə birgə gediblərmiş.

Faktla bağlı araşdırma aparılır.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib