Dərc edilib: 30-07-2025

https://www.nuh.az/42478-.html

Yeni səfir Bakıya gəldi

30.07.2025 09:39:51

LIVE

İsrailin Azərbaycandakı yeni səfiri Ronen Kraus Bakıya gəlib.
Qaynarinfo bu barədə İsrailin Bakıdakı səfirliyinə istinadən xəbər verir.
Paylaşımda İsrail diplomatının Azərbaycana gəlişinin videogörüntüləri yer alıb. Videoda səfir hamını Azərbaycan dilində salamlayır.
Xatırladaq ki, 2025-ci il yanvarın 12-də İsrail Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin direktoru Ronen Kraus Azərbaycana yeni səfir təyin edilib. R.Kraus Azərbaycandakı səfir vəzifəsində Corc Diki əvəz edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib