Dərc edilib: 30-07-2025

https://www.nuh.az/42479-.html

Sərdar Cəlaloğlu məhkəməyə verildi

30.07.2025 09:57:17

LIVE

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu məhkəməyə verilib.

Modern.az-ın məlumatına görə, buna səbəb onun "YouTube" kanalında yayımlanan verilişdə səsləndirdiyi fikirlər olub.
O, ötən ilin əvvəlində yayımlanan verilişdə Kəramət adlı həmkəndlisi barədə fikirlər səsləndirib.
"3-4 aydı kiminsə sifarişilə sosial şəbəkələrdə məni söyür, təhqir edir. Kişi öz düşməninə o sözləri utanar istifadə eləməyə, erməniyə qarşı o sözləri deməz, sosial şəbəkədə məni o cürə söyür təhqir edir", - Sərdar Cəlaloğlu deyib.
Həmkəndlisi məhkəməyə müraciət edərək partiya sədrinin onun şərəf va ləyaqətini qəsdən nalayiq formada alçaltdığını ve qəsdən böhtan atdığını bildirib.
Ancaq məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib