Dərc edilib: 30-07-2025

https://www.nuh.az/42481-.html

Van Dammın azərbaycanlı gəlini Bakıda - FOTOLAR

30.07.2025 10:55:00

LIVE

Hollivud ulduzu Jan-Klod Van Dammın azərbaycanlı gəlini, pianoçu Suada Hacızadə Bakıya gəlib.

Bir müddətdir şəhərdə olan Suada sosial media hesabında paylaşım edib. 

"Salam. Mənim adım Suadadır. Mən azərbaycanlıyam və böyük çayxoram. Xüsusilə də Xəzər dənizi mənzərəsi ilə çay içməyi çox sevirəm" deyə, o, paylaşımında yazıb.

Qeyd edək ki, Suada Van Dammın oğlu Kristoferlə ailəlidir. Cütlük 2021-ci ildə Türkiyədə nikah masasına oturub. Onlar Amerikada yaşayırlar.  (Axşam.az)


NUH informasiya agentliyi səhifəsindən çap edilib