Dərc edilib: 31-07-2025

https://www.nuh.az/42490-.html

Britaniyada ilk dəfə qadın arxiyepiskop seçilib

31.07.2025 02:25:53

LIVE

Böyük Britaniyaya daxil olan Uelsdə yeni arxiyepiskop Monmut yepiskopu Çerri Vann seçilib.

Nəşrin məlumatına görə, bu, tarixdə qadının belə “rütbə” aldığı ilk haldır.

“66 yaşlı Vann çərşənbə günü Çepstou yaxınlığındakı Müqəddəs Piter kilsəsində ruhanilər və din xadimlərindən ibarət seçki kollegiyası tərəfindən iki günlük müzakirələrdən sonra seçilib”, - məqalədə deyilir.
Qeyd edilir ki, Vann ümumiyyətlə anqlikan kilsəsində keşiş kimi xidmət etməyə icazə verilən ilk qadındır. Onun LGBT icmasına aid olduğu da materialda vurğulanır.//Report

NUH informasiya agentliyi səhifəsindən çap edilib