Meşədə kabab çəkən müğənni Gülnaza AYI hücum elədi ... - Foto
Məşhur tatar müğənnisi və Başqırdıstanın əməkdar artisti Gülnaz Asayeva açıq havada gəzinti zamanı ayı hücumuna məruz qalıb.
“Qafqazinfo” “SHOT” teleqram kanalına istinadən xəbər verir ki, bu gün səhər saatlarında müğənni musiqiçi komandası ilə birlikdə həyat yoldaşı, Villi təxəllüsü ilə çıxış edən Vildan Şəmsutdinovun ad gününü qeyd etmək üçün təbiət qoynuna yollanıb.
Onlar istirahət zamanı ocaq yandıraraq kabab bişirməyə başlayıb. Kabab qoxusunu alan ayı qəflətən onlara hücum edib.
Müğənni təcili tibbi yardım maşınında qan içində olan adamın fotosunu paylaşıb.
İlkin məlumata görə, sənətçinin konsert direktoru Vadim Fatxinurov yırtıcı ilə qarşılaşdıqda xəsarət alıb. Onun hazırkı vəziyyəti ilə bağlı hələlik məlumat yoxdur.
