Dərc edilib: 07-08-2025

https://www.nuh.az/42554-.html

SON DƏQİQƏ! Şəmkirdə AĞIR QƏZA : 9 NƏFƏR ÖLDÜ

07.08.2025 10:13:34

LIVE

Şəmkirdə ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakıdan Qazax istiqamətində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun yük maşınına çırpılması nəticəsində 9 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır./Report

NUH informasiya agentliyi səhifəsindən çap edilib