Dərc edilib: 10-08-2025

https://www.nuh.az/42578-.html

İsrail Prezidenti ilə Baş naziri Azərbaycan liderini və xalqını TƏBRİK ETDİ

10.08.2025 09:29:34

LIVE

“Prezident Trampı təbrik edirik! Sizin cəsarətli rəhbərliyiniz və qlobal baxışınız daha bir sülh sazişini mümkün edib”.

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu “X” sosial şəbəkə hesabında yazıb:

“Mən də bu tarixi sazişin imzalanması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi, Ermənistanın baş naziri Paşinyanı, Azərbaycan və Ermənistan xalqlarını təbrik edirəm. Qoy hamınıza barışıq və ortaq rifahın yeni dövründən zövq alın”.

Eyni zamanda İsrail Prezidenti İsaak Hersoq da “X” sosial şəbəkəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampla birgə imzaladığı Birgə Bəyannamə barədə yazıb.//Report

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib