Dərc edilib: 10-08-2025

https://www.nuh.az/42590-.html

Pezeşkian : HİCAB MƏSƏLƏSİNİ ZORLA ETMƏK OLMAZ - ŞOK

10.08.2025 21:39:48

LIVE

İran prezidenti Məsud Pezeşkian hökumət rəsmiləri və media nümayəndələri ilə görüşündə bildirib ki, hicab məsələsini zorla həll etmək mümkün deyil.

Musavat.com xəbər verir ki, bu barədə "Azad Iran" telegram kanalı məlumat yayıb.

Pezeşkian vurğulayıb ki, o, hicaba inanır, ancaq qadınları nə hicaba məcbur etmək, nə də hicabdan əl çəkməyə vadar etmək doğru deyil. Onun sözlərinə görə, bu məsələ mədəniyyətin təşviqi yolu ilə həllini tapmalıdır.

Prezident əlavə edib ki, məscidlər mədəniyyət formalaşdırmaq funksiyasını yerinə yetirməli, hicab mövzusu isə qarşıdurma ilə deyil, məntiq yolu ilə tənzimlənməlidir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib