Dərc edilib: 11-08-2025

https://www.nuh.az/42595-.html

Cəlilabadlı qadın kəndə hücum edən ÇAQQALI BOĞUB ÖLDÜRDÜ

11.08.2025 09:25:42

LIVE

Xəbər verdiyimiz kimi, Cəlilabadda çaqqal sakinlərə hücum edib.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Şatırlı kəndində çaqqal 3 nəfəri yaralayıb.

Hadisə zamanı Aygün Orucova, Südabə Rüstəmova və Coşqun Əlili müxtəlif dərəcəli xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Rayon sakinlərindən biri isə çaqqal hücumuna məruz qalarkən onu əlləri ilə zərərsizləşdirib.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib