Dərc edilib: 11-08-2025

https://www.nuh.az/42598-.html

Bakıda HEYVAN SIĞINACAĞINDA dava: qadın döyüldü

11.08.2025 10:45:40

LIVE

Bakıda heyvanların sığınacağında dava düşüb.


 Hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən sığınacaqda baş verib. Sığınacağın rəhbəri Ülviyyə Məmmədovanın (soyadı şərtidir) rəfiqəsi Fəridə adlı xanım sığınacaqda könüllü olaraq yaralı heyvanlara xidmət göstərirmiş. O, sığınacaqda olarkən digər könüllü Leyanna adlı xanımla tanış olub və asudə vaxtlarında orada heyvanlara qulluq ediblər.

Bir müddət əvvəl Leyanna xəsarət alan itlə bağlı Fəridəyə zəng vurub və onunla məsləhətləşmək istəyib. Bu vaxt onların arasında mübahisə yaranıb və Fəridə Leyannanın telefon nömrəsini bloklayıb.  

Bir neçə saatdan sonra Fəridə sığınacağa gələrkən Leyanna onun qarşısını kəsib və mübahisə yenidən davam edib. Mübahisə davaya çevrilib, nəticədə Leyanna Fəridəni döyüb.

Faktla bağlı cinayət işi başlanıb və iş Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib./oxu.az

 

Bakıda heyvan sığınacağında dava: qadın döyüldü

NUH informasiya agentliyi səhifəsindən çap edilib