Dərc edilib: 11-08-2025

https://www.nuh.az/42602-.html

Sumqayıt Apellyasiya Məhkəməsinin qalmaqallı eks vəkil Sevil Hacıyeva bаrəsində qərаrı: 6 ay elektron QOLBAQ TAXACAQ

11.08.2025 15:22:50

LIVE

Qalmaqallı  keçmiş  vəkil   Sevil Hacıyeva   barəsində daha  bir  məhkəmə qərarı.  

 

NUH.az-a  daxil  olan məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası   08.07.2025-ci il tarixdə təqsirləndirilən  şəxs Hacıyeva Sevil Balasoltan qızı və  zərərçəkmiş  şəxslərin  iştirakı ilə,

Hacıyeva Sevil Balasoltan qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Xaçmaz Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli hökmündən təqsirləndirilən şəxs  Hacıyeva Sevil Balasoltan qızı  və  zərərçəkmiş şəxslər  tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt  Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Qərara aldı:


Hacıyeva Sevil  Balasoltan qızı  zərərçəkmiş  şəxsə   qarşı törətdiyi əməl üzrə CM-nin 128-ci

maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına  məhkum edilsin. Qalan hissədə hökm dəyişdirilmədən saxlanılsın.

 

Redaksiyadan:

Vəkillər Kollegiyasının  İntizam  Komissiyası tərəfindən aparılmış araşdırmalar nəticəsində Sevil Hacıyevanın əməllərində  pozuntular müəyyən edilib və  məhkəmənin qərarı ilə 2020-ci ildə  Sevil Hacıyevanın vəkillik  fəaliyyətinə xitam verilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib