Dərc edilib: 12-08-2025

https://www.nuh.az/42618-.html

Hədə-qorxu ilə pul tələb edən baş redaktor tutuldu - Fotolar

12.08.2025 13:42:34

LIVE

Zərdab rayonunda bir nəfərdən barəsində rüsvayedeci məlumatlar yayacağı hədəsi pul tələb edən “saat24.az” saytının rəhbəri, əvvəllər məhkum olunmuş Coşqun Abdullayev və rayon sakini Natiq İmamalıyev polis əməkdaşları tərəfindən tutulub.

“Qafqazinfo” xəbər verir ki, faktla bağlı başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Bu şəxslərin əməllərindən zərərçəkənlər polisə məlumat verə bilərlər.

Məlumatı DİN Mətbuat Xidmətindən təsdiqləyiblər.

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib