Dərc edilib: 13-08-2025

https://www.nuh.az/42627-.html

Aleksandr Duqindən Putinə: Çar var – beyin yoxdur, Rusiya BAŞSIZ TOYUQ kimi...

13.08.2025 09:57:56

LIVE

Kremlin ideoloqlarından sayılan rusiyalı filosof Aleksandr Duqin müasir Rusiyanın siyasi idarəetmə böhranını sərt tənqid edib.

O, bu günkü durumu Rusiya imperiyasının son illəri və SSRİ-nin yenidənqurma dövrü ilə müqayisə edərək deyib ki, o zaman da formal hakimiyyət var idi – Çar, Siyasi Büro, KPSS, KQB və ərazilər üzərində (Qazaxıstan, Ukrayna, Gürcüstan, Azərbaycan, Ermənistan, Moldova, Baltikyanı ölkələr) nəzarət mövcud idi, lakin strateji rəhbərlik yox idi.

Duqin indi də eyni vəziyyətin yaşandığını bildirib:

“Çar var, amma beyin yoxdur. Ölkə başsız toyuq kimi hərəkət edir.”

Bu açıqlama ekspertlər tərəfindən birbaşa Vladimir Putinə yönəlmiş siyasi ismarıc kimi qiymətləndirilir. Çünki Putinin son illərdə əsas məqsədi Rus İmperiyasını genişləndirmək, “tarixi sərhədləri” bərpa etmək idi. O, bu iddia ilə Ukraynaya hücum etdi, “Şərqi slavyanların birləşdirilməsi” planını irəli sürdü.

Lakin artıq 3 il yarımdır davam edən qanlı müharibə iki slavyan xalqını qarşı-qarşıya qoymaqla yanaşı, Rusiyanı beynəlxalq arenada tam təcrid vəziyyətinə salıb. Qərb dövlətləri sərt sanksiyalar tətbiq edib, Moskva diplomatik və iqtisadi blokada ilə üz-üzə qalıb.

Putinin yanlış siyasəti nəticəsində Rusiya təkcə nüfuz dairəsini genişləndirə bilmədi, əksinə, onu daraltdı. Cənubi Qafqazda əsas forpostu olan Ermənistanı itirdi, Azərbaycanla münasibətlər kəskin gərginləşdi. Bu, Rusiyanın regiondakı təsir imkanlarının xeyli zəifləməsi ilə nəticələndi.

Duqinin “Çar var – beyin yoxdur” ifadəsi, əslində, Kremlin mövcud strategiyasının iflasa uğradığını və idarəetmədə ideya boşluğunun yarandığını açıq şəkildə göstərir. Musavat.com

NUH informasiya agentliyi səhifəsindən çap edilib