O daha prezident OLMAQ İSTƏMİR
Serbiya Prezidenti Aleksandar Vuçiç prezidentliyə yenidən namizəd olmaq üçün Konstitusiyaya dəyişiklik etməyi düşünmədiyini bəyan edib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Vuçiç prezidentlik müddətinin il yarımdan sonra başa çatacağını vurğulayıb.
“Mən siyasi veteranam, daha prezidentliyə namizəd ola bilmərəm və bunun üçün də Konstitusiyaya dəyişiklik etməyi düşünmürəm”, - deyə o qeyd edib.