Yuri Qaqarinin həyat yoldaşına VİDA MƏKTUBU
Dünyanın ilk kosmonavtı Yuri Qaqarinin dul arvadı Valentina Qaqarina 84 yaşında vəfat edib. Bu barədə Kosmonavtların Hazırlanması Mərkəzi məlumat yayıb.
1968-ci ildə Qaqarin təlim uçuşu zamanı qəzaya uğradıqdan sonra Valentina bütün həyatını uşaqlara və kosmosun ilk fatehi olan ərinin xatirəsini qorumağa həsr etdi. Bir daha evlənmədi, qapalı bir həyat sürdü, lazımsız diqqətdən qaçdı və jurnalistlərlə ünsiyyət qurmadı. Bir çox cəhətdən onun səyləri sayəsində vətənində Yuri Qaqarin Muzeyinin ekspozisiyası yaradıldı.
1981-ci ildə o, əri, kosmos və bir az da özü haqqında bir kitab nəşr etdirdi. Kitab "108 dəqiqə və bütün həyat" adlanır. Ardınca daha bir neçə memuar xatirələr nəşr etdirdi.Yuri Qaqarin kosmosa uçmazdan əvvəl həyat yoldaşına vida məktubu yazdı (nə baş verə biləcəyini heç vaxt bilmirsən). Uçuşdan sonra onu unudublar. Təyyarə qəzası baş verəndə yoldaşları onu Valentinaya verdilər. Orada yazılmışdı:
“Əgər bir şey olarsa, sizdən və ilk növbədə səndən, Valyuşa, özünüzü kədərlə öldürülməməyi xahiş edirəm. Axı həyat elə həyatdır və sabah kiminsə başına nə gələcəyinə heç kəs zəmanət vermir. Xahiş edirəm qızlarımızın qayğısına qal, onları mənim sevdiyim kimi sev. Onlardan lütfən, ağ əllər, ana qızları deyil, həyatın eniş və yoxuşlarından qorxmayan həqiqi insanlar yetişdir. Öz şəxsi həyatını isə vicdanının dediyi kimi, istədiyin kimi qur. Mən sənin qarşına heç bir öhdəlik qoymuram və buna haqqım da yoxdur".
Valentina Qaqarina sevdiyi insanın istədiyi hər şeyi etdi. Onun üçün bunların nəyin bahasına başa gəldiyini yəqin ki, yalnız yaxın adamlar bilir.
Sosial şəbəkədən. Rus dilindən tərcümə Allahverdi İsrafilov ( 2022-ci il )