Dərc edilib: 15-08-2025

https://www.nuh.az/42662-.html

Vladimir Putin və Donald Tramp Alyaskada görüşdü FOTO

15.08.2025 23:28:43

LIVE

Alyaskada təyyarədən enən Vladimir Putini qırmızı xalçada prezident Donald Tramp özü qarşılayıb.

Prezidentlər əl tutaraq görüşüblər. Onlar görüş yerinə doğru hərəkət edərkən səmada qırıcılar görünüb.

Onlar jurnalistlər qarşısında bir neçə replika ilə çıxış edib, foto çəkdiriblər.

Qeyd edək ki, Tramp Putindən yarım saat əvvəl gəlsə də, təyyarədən çıxmayıb. Ondan sonra gələn Putin də 10 dəqiqəyə yaxın təyyarədə gözləyib.

Prezidentlər Trampın Kadillak-ına əyləşərək görüş məkanına doğru hərəkət ediblər.

***

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Alyaskada görüşüb.

Musavat.com xəbər verir ki, liderlər bir-birinə əl sıxaraq qırmızı xalça üzrə birlikdə irəliləyiblər.

Hadisə beynəlxalq media tərəfindən də geniş işıqlandırılır və siyasi müşahidəçilər görüşü son illərin ən diqqətçəkən diplomatik hadisələrindən biri kimi qiymətləndirirlər. Musavat.com

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib