Dərc edilib: 16-08-2025

https://www.nuh.az/42665-.html

Trampdan Zelenskiyə məsləhət: Rusiya çox böyükdür, siz isə yox – razılaşma bağlayın

16.08.2025 09:23:33

LIVE

 ABŞ prezidenti Donald Tramp Putinlə görüşdən sonra Fox News-a müsahibəsində Ukrayna məsələsinə dair qalmaqallı açıqlama verib. O bildirib ki, bundan sonra proseslərin taleyi Ukrayna prezidenti Vladimir Zelenskinin mövqeyindən asılıdır.

Jurnalistin “Zelenskiyə hansı məsləhəti verərdiniz?” sualına cavabında Tramp belə deyib:

“Razılaşma bağlayın, siz buna məcbur olacaqsınız. Rusiya çox böyük ölkədir, Ukrayna isə deyil.”

Tramp hər hansı konkret şərtləri açıqlamasa da, “hər hansı razılaşma yalnız saziş əldə olunandan sonra mümkün ola bilər” fikrini vurğulayıb.

Mövzunu şərh edən The Guardian yazır ki, Tramp Zelenskiyə “razılaşma” məsləhətini versə də, bunun praktik olaraq necə mümkün ola biləcəyi barədə heç bir yol göstərməyib. Xüsusilə Ukraynanın ərazilərinin bir hissəsinin işğal altında olduğu və ölkənin davamlı bombardmanlara məruz qaldığı şəraitdə bu məsləhətin reallıqdan uzaq olduğu qeyd edilib. Musavat.com

NUH informasiya agentliyi səhifəsindən çap edilib