Dərc edilib: 17-08-2025

https://www.nuh.az/42685-.html

Putinin qrup yoldaşını öldürüblər ?

17.08.2025 17:29:32

LIVE

Ağır xəstəlikdən əziyyət çəkən Ali Məhkəmə sədri ölümündən əvvəl baş prokurorla ciddi münaqişədə olub; onun yerinə İstintaq Komitəsində səlahiyyət müddəti başa çatan Bastırın təyin edilə bilər

Rusiya Ali Məhkəməsinin yeni sədri İstintaq Komitəsinin hazırkı rəhbəri Aleksandr Bastrıkin olacaq. Musavat.com xəbər verir ki, bu barədə Rusiya mediası bir neçə mənbələrə istinadən yazır. Xəbərlərdə deyilir ki, Putin təyinatla bağlı qərarı artıq verib.

Qeyd olunur ki, iyul ayında xərçəngdən dünyasını dəyişən Rusiya Federasiyası Ali Məhkəməsinin sədri İrina Podnosovanın Putinə əvvəllər verdiyi tövsiyə əsasında belə qərar qəbul edə bilərdi. Qeyd olunur ki, Bastrıkin də Podnosova kimi Putinlə Leninqrad Dövlət Universitetində birgə təhsil alıblar.


esas foto Ali məhkəmə sədri.jpg (36 KB)

Məlumdur ki, Bastrıkin Ali Məhkəmə sədri olan keçmiş tələbə yoldaşı ilə Podnosova ölümünə qədər sıx və tez-tez əlaqə saxlayıblar. O da bildirilir ki, əgər bu təyinat baş tutsa, bu, baş prokuror İqor Krasnovun mövqelərinə ciddi zərbə olacaq. Çünki Podnosovanın ölümündən əvvəl Krasnovla ciddi münaqişə yaşadıqları deyilir. Sabiq baş prokuror Yuri Çayka və Oleq Sviridenkonu Ali Məhkəmə sədri vəzifəsinə təyinat alacaqları barədə təbliğat aparırılar. Rusiya Federasiyası Ali Məhkəməsinin sədri İrina Podnosova rəsmi versiyaya görə xərçəng xəstəliyindən vəfat etsə də, onun ölümü Putinin “köhnə” çevrəsi arasında geniş müzakirələrə səbəb olub. Podnosova ilə baş prokuror İqor Krasnov və onun arxasındakı klan “Rosneft”in rəhbəri İqor Seçin arasında kəskin münaqişə ilə üst-üstə düşdüyünə diqqət çəkir. Bildirirlir ki, Podnosova aşkar edib ki, müxtəlif məhkəmələrdə hakimlərin böyük bir qrupu Baş Prokurorluğa tabedirlər və onların istək və tələblərini yerinə yetirir. Podnosova isə buna qarşı çıxmağa çalışıb, lakin çox sərt müqavimətlə üzləşib. Bundan sonra hətta Podnosova ilə Krasnov arasında şəxsi görüş olub, bundan sonra münaqişə daha da şiddətlənib. Podnosovanı LDU-dan tələbə yoldaşları Aleksandr Bastrıkin və Nikolay Yeqorov dəstəkləyib. Onlar Putini Krasnovun istefaya getməsinin zəruriliyinə inandırmağa çalışıblar. Məhz bu günlərdə Podnosovanın səhhəti kəskin şəkildə pisləşib və o vəfat edib.


95781.jpg (23 KB)

İrina Podnosova 1953-cü ildə Pskovda anadan olub. 1975-ci ildə Vladimir Putinlə eyni ildə oxuduğu Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1990-2013-cü illərdə əvvəlcə hakim, sonra Leninqrad vilayətinin Luqa şəhər məhkəməsinin sədri vəzifəsində çalışıb. Leninqrad Vilayət Məhkəməsində sədri olub, sonra İkinci Apelyasiya Məhkəməsinə rəhbərlik edib. Nəhayət, 2020-ci ilin iyul ayında o, Rusiya Federasiyası Ali Məhkəməsi sədrinin müavini vəzifəsini tutub.

Podnosova 2024-cü il aprelin 17-də həmin ilin fevralında vəfat edən Vyaçeslav Lebedevi əvəz edərək Ali Məhkəmənin rəhbəri olub. O, bu vəzifəyə irəli sürülən yeganə namizəd olub.

Rusiya mediası onu da yazır ki, Podnosova Putinin kölgəsində olmayıb və təmiz reputasiyaya malik hakim kimi tanınıb.
Daha bir maraqlı məqam budur ki, Bastırıkinin İstintaq Komitəsinin sədri kimi vəzifədə qalmaq üçün son müddəti bu il başa çatır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib