Dərc edilib: 18-08-2025

https://www.nuh.az/42690-.html

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblər saxlanıldı

18.08.2025 09:43:32

LIVE

Bakıda bir qrup əcnəbi turistin Şəhidlər Xiyabanında çəkdikləri etikadan kənar videolar sosial şəbəkələrdə yayılıb.

Musavat.com xəbər verir ki, məlumatlara görə, ərəb vətəndaşları şəhid məzarları önündə qəbuledilməz hərəkətlər ediblər.

Bu hadisə ictimaiyyət arasında ciddi narazılıq doğurub. Artıq həmin şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və onların davranışlarına qanun çərçivəsində qiymət veriləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib