Dərc edilib: 18-08-2025

https://www.nuh.az/42696-.html

Pezeşkian İrəvandadır - Foto

18.08.2025 16:34:31

LIVE

İran Prezidenti Məsud Pezeşkianın Ermənistana ikigünlük səfəri başlayıb.

“Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, İran liderini İrəvanın Zvartnots aeroportunda ölkənin Baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb. 

Bu, onun prezident postunda Ermənistana ilk səfəridir.

Pezeşkian avqustun 19-da Ermənistan-İran Biznes Forumunda iştirak edəcək.

Qeyd edək ki, İran prezidentinin Ermənistandan sonra Belarusa səfəri gözlənilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib