Dərc edilib: 19-08-2025

https://www.nuh.az/42703-.html

AZAL-ın qəhrəman bələdçisi uzun müddət sonra görüntüləndi - FOTO

19.08.2025 10:43:02

LIVE

Ötən il Rusiya tərəfindən vurulan, Bakı-Qroznı uçuşunu icra edən AZAL təyyarəsinin bələdçisi, hadisə zamanı yaralanan və Prezident tərəfindən 1-ci dərəcəli "Rəşadət” ordeni ilə təltif edilən Aydan Rəhimlinin yeni görüntüsü yayılıb. O, uzun müddət sonra təyyarədə azyaşlı uşaqla şəkil çəkdirərək paylaşıb.

Musavat.com xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial mediada paylaşım edib.

Paylaşımda qeyd edilir ki, fotoda Aydanın yanında yer alan uşaq şəhid mayor V. Vəliyevin övladıdır:

"AZAL təyyarəsinin qəzaya uğrama videolarını izləyən qardaşım oğlu Tuqaya hadisə çox pis təsir etmiş, təyyarə qorxusu yaranmışdı. Hətta qardaşı doğulanda da nə qədər təkid etdik, Bakıya gəlmək istəmədi. Bir neçə gün əvvəl valideynlərilə birgə Bakıya gəlməyə razılaşan Tuqay təsadüfən qəzada sağ qalan, Rəşadət ordeni ilə təltif olunan Aydan xanımla təyyarənin salonunda rastlaşıb. Naxçıvandan qayıdan Aydan xanım ona təyyarənin qorxulu olmadığını, daha qəza olmayacağını, birlikdə rahat uçacaqlarını deyərək inandırmağı bacarıb”.

Musavat.com sözügedən fotonu təqdim edir: 


1755549342_img_20250819_003406_1.jpg (99 KB)

NUH informasiya agentliyi səhifəsindən çap edilib