Sarayda böyüdü, amma ucuz mağazalardan geyinir - 600 illik ənənəni dəyişəcək ŞAHZADƏ
Norveç taxt-tacının varisi şahzadə İnqrid Aleksandra hələ uşaqlıq illərindən gələcəkdəki vəzifəsinə hazırlanıb. O, Norveç vəliəhdi şahzadə Haakon və şahzadə Mette-Maritin ən böyük övladı olaraq doğulub, ölkənin taxt sırasında birinci yerdə dayanır.
Qaynarinfo xəbər verir ki, 1990-cı ildə dəyişən qanuna əsasən, artıq cinsiyyətindən asılı olmayaraq monarxın ən böyük övladı taxta çıxır. Bu səbəbdən İnqrid gələcəkdə atası şahzadə Haakonun yerinə Norveç kraliçası olacaq və ölkənin 600 ildən sonra ilk qadın hökmdarı kimi tarixə düşəcək.
21 yaşlı şahzadə böyüklük vəzifəsi ilə yanaşı, sadə bir gənc kimi həyatını davam etdirir. Keçən il hərbi xidmət keçən İnqrid bu ildən Avstraliyanın Sidneydə Universitet təhsilinə başlayıb. O, beynəlxalq münasibətlər və siyasi iqtisadiyyat üzrə təhsil alır.
Sidney küçələrində dostları ilə gəzən, ikinci əl mağazalardan geyim və yataqxana əşyaları alan şahzadə, sadə davranışları ilə diqqət çəkir. Yerli mətbuat onun bu həyat tərzinə görə "qənaətcil şahzadə” adını verib.

İnqrid həmçinin ailəsinin dəstəyini də arxasında hiss edir. Valideynləri bu ayın əvvəlində Sidneydə qızlarının yanında olaraq, onun yeni həyatına uyğunlaşmasına kömək ediblər.
Şahzadə rəsmi açıqlamasında belə deyib: "Sidney Universitetində təhsilə başlamağı səbirsizliklə gözləyirəm. Tələbə olmaq həyəcanverici olacaq. Həm Avropa, həm də beynəlxalq siyasət haqqında yeni baxışlar qazanacağıma əminəm".
Beləliklə, saraylarda böyüyən, amma sadə həyat tərzini qoruyan İnqrid Aleksandra gələcəyin kraliçası olaraq tarix yazmağa hazırlaşır.
Aydın