Dərc edilib: 21-08-2025

https://www.nuh.az/42722-.html

29 dəqiqə SU altında qaldı, yeni dünya REKORDU

21.08.2025 10:25:36

LIVE

Xorvatiyalı fridiver Vitomir Mariiç su altında 29 dəqiqə nəfəsini saxlayaraq yeni dünya rekordu müəyyən edib

O, nəfəsini su altında 29 dəqiqə 3 saniyə saxlayıb.

Musavat.com xəbər verir ki, rekord Opatiyadakı Bristol otelinin hovuzunda, beş rəsmi hakim və yüzlərlə tamaşaçı qarşısında qeydə alınıb.

Mariiç dalışdan əvvəl 10 dəqiqə ərzində təmiz oksigenlə nəfəs alıb, bu da ona demək olar ki, yarım saat su altında qalmağa imkan verib. Ekspertlər qeyd edirlər ki, bu nəticə fridiving idmanında nadir hallarda əldə olunan rekordlardan biridir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib