SOCAR Türkiyəyə 7 milyard dollar sərmayə yatıracaq
Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə əlavə investisiya layihələri həyata keçirəcək.
Musavat.com xəbər verir ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib ki, SOCAR indiyədək 18 milyard dollardan çox sərmayə yatırıb və yaxın gələcəkdə 7 milyard dollarlıq yeni investisiya planlaşdırır.
Vitse-prezidentin sözlərinə görə, layihələrin əsas məqsədləri Azərbaycan qazının tədarükünü artırmaq və Türkmənistan yanacağının Azərbaycan və Türkiyə vasitəsilə ixracını təmin etməkdir. Bu sərmayə həm enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də regional əməkdaşlığın genişlənməsinə xidmət edəcək.