Dərc edilib: 22-08-2025

https://www.nuh.az/42731-.html

Prezident Türkmənistanda işgüzar səfərə getdi

22.08.2025 09:20:39

Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də Türkmənistana işgüzar səfərə gedib.

Qaynarinfo xəbər verir ki, Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin ticarət üzrə müavini Nökərqulu Ataqulıyev və digər rəsmi şəxslər qarşılayıblar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib