Dərc edilib: 22-08-2025

https://www.nuh.az/42737-.html

Güləşçimiz ERMƏNİ rəqibinə qalib gələrək DÜNYA çempionu oldu

22.08.2025 22:02:07

Maqazin

Azərbaycanın yunan-Roma güləşçisi Ayxan Cavadov Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.

Qaynarinfo  xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. 
Məlumata görə, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız həlledici qarşılaşmada ermənistanlı Yurik Mxitaryanla üz-üzə gəlib.
Rəqibini 12:5 hesabı ilə məğlub edən A.Cavadov dünya çempionu olub

NUH informasiya agentliyi səhifəsindən çap edilib