Dərc edilib: 23-08-2025

https://www.nuh.az/42745-.html

Azərbaycanlı tələbə Türkiyədən deportasiya edilir- SƏBƏB

23.08.2025 11:19:27

LIVE

İstanbul Universitetində yemək qiymətlərinin bahalaşmasına etiraz edən azərbaycanlı tələbə Nənəxanım Babazadə saxlanılıb.

İş yerində saxlanılan tələbə Baş Mühafizə İdarəsinə göndərilib. O, daha sonra deportasiya olunmaq üçün Çatalca Geri Dönüş Mərkəzinə aparılıb.

Magistratura pilləsi üzrə təhsil alan N.Babazadə bir müddət əvvəl universitetin qiymət artımlarına qarşı etiraz etdiyi üçün xarici terror təşkilatı ilə əlaqədə ittiham olunub.

O, hazırda Geri Dönüş Mərkəzində saxlanılır./Unikal.az/

NUH informasiya agentliyi səhifəsindən çap edilib