Dərc edilib: 23-08-2025

https://www.nuh.az/42752-.html

Ramil Səfərovun həyat yoldaşı vəzifəsindən ayrıldı

23.08.2025 20:23:50

Hadisə

Bakı Dövlət Universitetinin (BDU) rektorunun müşaviri Şəbnəm Səfərova işindən ayrılıb.

Modern.az-ın məlumatına görə, polkovnik-leytenantı Ramil Səfərovun həyat yoldaşı universitetdəki  fəaliyyətini sonlandırıb.
O, BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri vəzifəsində çalışırdı.
Şəbnəm Səfərova işdən ayrılma səbəbi hələlik məlum deyil. 
Qeyd edək ki, Ş. Səfərova bu vəzifəyə 2023-cü il yanvar ayında təyin edilib.
Ramil Səfərovun həyat yoldaşı vəzifəsindən ayrıldı

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib