Dərc edilib: 24-08-2025

https://www.nuh.az/42756-.html

Ermənistan-Rusiya arasında gərginlik - Məhsullar geri qaytarıldı

24.08.2025 09:40:01

LIVE

Rusiya Ermənistandan ixrac olunan kənd təsərrüfatı məhsullarını geri qaytarıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, gavalı, şaftalı və üzüm daşıyan Ermənistana məxsus yüzlərlə yük maşını sərhəd-keçid məntəqəsindən geri qayıtmağa məcbur olub.

Rusiya tərəfi məhsulların fitosanitar tələblərə cavab vermədiyini iddia edir.

“Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyanın sözlərinə görə, bu vəziyyət təkcə iqtisadi deyil, həm də siyasi xarakter daşıyır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib