Dərc edilib: 24-08-2025

https://www.nuh.az/42757-.html

Tokayev Zelenskini Ukraynanın Müstəqillik Günü münasibətilə təbrik edib

24.08.2025 10:05:50

LIVE

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ukraynanın milli bayramı - Müstəqillik Günü münasibətilə ukraynalı həmkarı Volodimir Zelenskiyə təbrik teleqramı göndərib.

Moderator.az-ın xəbərinə görə, bu barədə Akordanın mətbuat xidməti məlumat yayıb.

Tokayev Ukrayna xalqına sülh və firavanlıq arzulayıb.

Qeyd edək ki, Ukrayna avqustun 24-də Müstəqillik Gününü qeyd edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib