Dərc edilib: 24-08-2025

https://www.nuh.az/42763-.html

Rusiya əsirliyindən azad olan sabiq MER TANINMAZ HALDA

24.08.2025 21:31:56

LIVE

Xerson şəhərinin keçmiş meri Volodimir Mikolaenko Rusiya əsirliyindən azad edilərək Ukraynaya geri dönüb.

Musavat.com xəbər verir ki, Ukrayna mediası sabiq merin əsirlikdən sonrakı görüntülərini yayıb.

Məlumata görə, Rusiya hərbçiləri Mikolaenkonu əməkdaşlığa razı salmağa çalışsalar da, o, bundan imtina edib. Yaxınlarının sözlərinə görə, məhz bu səbəbdən onun saxlanması baş verib.

Azadlığa çıxdıqdan sonra Mikolaenko bildirib:

"Beton və barmaqlıqlardan başqa heç nə görmədim. Bu gün mənim ikinci doğum günümdür".

NUH informasiya agentliyi səhifəsindən çap edilib