15 ildən sonra dünyaya gələn evin tək oğlu idi... - Doğum günü olan ŞƏHİDİMİZ
Bu gün şəhid Bəxtiyar Muradovun doğum günüdür.
Oxu24.com xəbər verir ki, yaşasaydı, 22 yaşını qeyd edəcəkdi.
Qeyd edək ki, Bəxtiyar 15 ildən sonra dünyaya gələn evin tək oğlu idi.
Muradov Bəxtiyar Güloğlan oğlu 24 avqust 2003-cü ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 29 saylı tam orta məktəbi bitirib.
Azərbaycan Ordusunun əsgəri olan Muradov Bəxtiyar Güloğlan oğlu 2022-ci il sentyabrın 13-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Muradov Bəxtiyar “Vətən uğrunda” medalı ilə tətif edilib.