Dərc edilib: 27-08-2025

https://www.nuh.az/42791-.html

İlham Əliyev Maya Sandunu təbrik etdi

27.08.2025 12:06:51

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev moldovalı həmkarı Maya Sanduya təbrik məktubu ünvanlayıb.

Qaynarinfo xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli xanım Prezident,
Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Biz Azərbaycan ilə Moldova arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk.
Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafeləri naminə birgə səylərimizlə Azərbaycan-Moldova əlaqələrinin mövcud potensialından daha səmərəli istifadə olunmasına, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran fəaliyyətimizin daha da inkişafına nail ola bilərik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Moldova xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

NUH informasiya agentliyi səhifəsindən çap edilib