Dərc edilib: 28-08-2025

https://www.nuh.az/42799-.html

Zelenski bu xanımı ABŞ-yə səfir təyin etdi

28.08.2025 10:31:18

LIVE

Ukraynanın ABŞ-dəki yeni səfiri Olqa Stefanişina olub.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında açıqlayıb.

“Mən indicə Ukraynanın ABŞ-dəkı yeni səfiri Olqa Stefanişina ilə danışdım. Rəsmi prosedurlar başa çatıb. Bu gün mən səfirin təyin edilməsi haqqında fərman imzaladım”, - Zelenski bildirib.

Qeyd edək ki, Olqa Stefanişina əvvəllər Ukrayna Baş nazirinin Avropa və Avroatlantika inteqrasiyası üzrə müavini vəzifəsində çalışıb və ötən il istefa verib. Ötən ay isə Ukrayna Prezidentinin ABŞ ilə əməkdaşlığın inkişafı məsələləri üzrə xüsusi səlahiyyətli nümayəndəsi təyin edilmişdi. Qafqazinfo

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib