Dərc edilib: 28-08-2025

https://www.nuh.az/42800-.html

Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Foto

28.08.2025 10:46:20

LIVE

Sabah daha 3 itkin şəhidimiz dəfn ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, Rizvan Qara oğlu Hacıyev avqustun 29-u saat 13:00-da Kürdəmir rayonunda yerləşən Qocalı kənd qəbiristanlığında, Sumbat Nüdrət oğlu Əliyev saat 14:00-da Füzuli rayonunun Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında, Natiq Zeynal oğlu Kərimov isə saat 16:00-da Qax rayonunun Oncallı kənd qəbiristanlığında dəfn ediləcək.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib