Dərc edilib: 28-08-2025

https://www.nuh.az/42802-.html

Azərbaycandan olan qadına Rusiyada 5 il həbs cəzası verildi – Ukrayna kəşfiyyatı ilə əməkdaşlıqda

28.08.2025 11:56:10

LIVE

 Rusiyada Azərbaycan əsilli qadın məhkəmə hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, 1970-ci il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı olan həmin qadın Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıqda təqsirli bilinib.

Rəsmi açıqlamaya əsasən, qadının fəaliyyəti dövlət təhlükəsizliyinə zidd qiymətləndirilib və o, koloniyaya göndərilib.Musavat.com

NUH informasiya agentliyi səhifəsindən çap edilib