Dərc edilib: 30-08-2025

https://www.nuh.az/42813-.html

Bakı-Ağdam qatarı 32 ildən sonra reysə çıxdı

30.08.2025 09:52:15

LIVE

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC bu gündən Bakı–Ağdam–Bakı marşrutu üzrə sərnişin daşımalarına start verib.

“Qafqazinfo” xəbər verir ki, Ağdama sərnişin qatarı artıq yola düşüb.

Qeyd edək ki, 07:10- da yola düşən qatar, Ağdama 11:53-də çatacaq.

Xatırladaq ki, işğal dövrünə qədər Bakıdan Ağdama kimi sərnişin daşımaları Bakı–Xankəndi–Bakı marşrutu üzrə hərəkət edən yataq tipli qatarla həyata keçirilirdi. Qatarlar Bakı–Ağdam–Bakı istiqamətində sonuncu dəfə 1993-cü ildə hərəkət edib. Həmin vaxt qatarla Ağdama kimi 371 km olan məsafə 8 saat yarıma qət edilirdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib