Dərc edilib: 31-08-2025

https://www.nuh.az/42827-.html

Putin Çində Paşinyanla görüşüb

31.08.2025 20:33:02

LIVE

Rusiya Prezidenti Vladimir Putin Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, görüş ŞƏT-in sammitinə gəlmiş nümayəndə heyətləri başçılarının, habelə Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvət etdiyi qonaqların şərəfinə verilən ziyafət başa çatdıqdan sonra baş tutub. 

Qeyd edək ki, Paşinyanla görüş Rusiya Prezidenti Putinin köməkçisi Yuri Uşakovun jurnalistlərə açıqladığı cədvələ daxil edilməsə də, Kreml nümayəndəsi cədvəlin sərt olmadığını, istənilən vaxt ona müxtəlif formatlarda yeni dəyişikliklərin əlavə oluna biləcəyini açıqlayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib