Dərc edilib: 01-09-2025

https://www.nuh.az/42831-.html

Əfqanıstanda güclü zəlzələ - 622 nəfər öldü - Fotolar - Yenilənib

01.09.2025 10:26:31

LIVE

Ötən gün Əfqanıstanın Kunar vilayətində 6,2 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, zəlzələ nəticəsində azı 250 nəfər ölüb, 500 nəfər yaralanıb.

Qeyd olunub ki, yeraltı təkanlar qonşu Pakistanda da hiss olunub.

***

“Reuters”in məlumatına görə, zəlzələdə ölənlərin sayı 500-ə, yaralananların sayı isə 1000 nəfərə çatıb.

***

Zəlzələ nəticəsində 622 nəfər ölüb, 1500-dən çox adam isə yaralanıb.

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib