Dərc edilib: 01-09-2025

https://www.nuh.az/42837-.html

Prezident Paşinyanla görüşdü - Video

01.09.2025 13:10:41

Siyasət

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, liderlər Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edərək, konstruktiv dialoqun, qarşılıqlı etimadın və regional sabitliyin əhəmiyyətini vurğulayıblar.

Hər iki lider sülhün və normallaşma prosesinin irəlilədilməsinə dair beynəlxalq dəstəyi bir daha təsdiqləyən son Vaşinqton Sammiti zamanı əldə edilən müsbət dinamikanı qeyd ediblər.

Tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib