Dərc edilib: 01-09-2025

https://www.nuh.az/42839-.html

Lisey direktorunun ölkədən çıxışına STOP qoyuldu

01.09.2025 15:34:00

LIVE

Xətai rayonunda fəaliyyət göstərən Humanitar Fənlər təmayüllü məktəb-liseyin direktoru, Əməkdar müəllim Nəzakət Əsgərovanın ölkədən çıxışına məhdudiyyət qoyulub.


NUH.az   Qaynarinfo-ya istinadən xəbər verir ki, buna səbəb Nəzakət Əsgərovanın rəhbəri olduğu liseyin Dövlət Vergi Xidməti Bаkı şəhəri Lоkаl Gəlirlər Baş İdarəsinə 11353,19 manat vergi borcunun olmasıdır.

İdarə tərəfindən sözügedən borca görə, Əsgərova Nəzakət Arif qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə qətnamə qəbul edilməsin üçün müraciət edilib.

Məhkəmənin qərarı ilə 1972-ci ildə Bakı şəhərində аnаdаn оlmuş direktorun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib