Dərc edilib: 01-09-2025

https://www.nuh.az/42840-.html

Külli miqdarda RÜŞVƏTƏ görə ... AZADLIĞA BURAXILDI ...

01.09.2025 17:06:18

LIVE

Külli miqdarda rüşvət ittihamı ilə həbs edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin sabiq rəisi Ramin Şükürov ev dustaqlığına buraxılıb.

Modern.az-ın məlumatına görə, qərarı Bakı Hərbi Məhkəməsi qəbul edib.

Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə şahidlər dindirilib. Daha sonra təqsirləndirilən Ramin Şükürovun müdafiəçiləri onun  ev dustaqlığına buraxılması ilə bağlı vəsatət veriblər. Vəsatət təmin edilib və Ramin Şükürov ev dustaqlığına buraxılıb.

4 ay əvvəl təqsirləndirilən polkovnik-leytenantin işi barədə proses sentyabrın 22-də davam etdiriləcək.

Qeyd edək ki, cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. Ramin Şükürov haqda ilk vaxtlar işçiləri ilə birgə ev dustaqlığı qətimkan tədbiri seçilsə də sonradan prokurorun təkrar təqdimatı əsasında həbs edilmişdi.

Zabitlərə qarşı Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham verilib.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib