Dərc edilib: 02-09-2025

https://www.nuh.az/42850-.html

Naxçıvan şəhərində işıq olmayacaq

02.09.2025 14:18:52

LIVE

Naxçıvan şəhərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Naxçıvan şəhərində "Azərişıq" ASC-nin Naxçıvan Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiq olunmuş tədbirlər planına əsasən təmir-bərpa işləri aparılacaq.

Enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri nəzərdə tutulub.

Bu səbəbdən şəhərin bəzi ərazilərində və müxtəlif vaxtlarda elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.//Report

NUH informasiya agentliyi səhifəsindən çap edilib