Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin CAVABI
Bir müddət əvvəl Ağsu rayon sakini olan Qarabağ qazisi Babayev Qismət Nurulla oğlu NUH.az saytı vasitəsilə əlilliyinin yenidən qiymətləndirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri cənab Ramin Rzayevə müraciət etmişdir. Agentliyin rəsmi cavabını olduğu kimi dərc edirik:
Ağsu rayon sakini 1964-cü il təvəllüdlü Babayev Qismət Nurulla oğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 4 il ərzində tibb müəssisəsi tərəfindən heç bir forma 88 göndərişi rəsmiləşdirilməyib.
Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur.
Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni forma-88 sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndirilə bilər.