Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
Bakıda həbs olunan Rusiya vətəndaşlarının azad edilməsi Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin normallaşması istiqamətində mühüm addım olacaq.
Bu açıqlamanı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Şərq İqtisadi Forumu çərçivəsində keçirilən brifinqdə deyib: “Bakıda həbs edilən Rusiya vətəndaşlarının azad edilməsinin Rusiya ilə Azərbaycan arasında münasibətlərdə vəziyyətin normallaşdırılması istiqamətində mühüm addım olduğunu vurğulayırıq".
O, əlavə edib ki, Rusiya Xarici İşlər Nazirliyi “hüquq-mühafizə orqanları və həbs olunanların yaxınları ilə daimi əlaqə saxlayır”: "Biz bəzi vətəndaşlarımızın xahişi ilə vəkillərin fəaliyyətinin maliyyələşdirilməsinə yardım edirik. Bakı istintaq təcridxanasında konsulluq əməkdaşlarının Rusiya vətəndaşları ilə üç dəfə görüşü təşkil edilib". Musavat.com