Dərc edilib: 07-09-2025

https://www.nuh.az/42907-.html

Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

07.09.2025 11:17:34

LIVE

Türkiyə və Ermənistan ilk dəfə nümayəndə heyəti səviyyəsində görüş keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “NTV” məlumat yayıb.

Bildirilir ki, görüş gələn həftənin əvvəlinə planlaşdırılıb.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, heyətə Türkiyə və Ermənistanın normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıç başçılıq edəcək.

Qeyd olunur ki, görüş Türkiyə ilə Ermənistan arasında ikitərəfli münasibətlərin normallaşdırılması üçün bəzi qərarların qəbul edilməsini və artıq qəbul edilənlərin həyata keçirilməsini əhatə edə bilər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib