Dərc edilib: 07-09-2025

https://www.nuh.az/42911-.html

İkinci Qarabağ savaşının qəhrəmanı yaşamaq üçün İŞ TAPA BİLMİR

07.09.2025 14:11:29

LIVE

İkinci  Qarabağ  savaşının  qəhrəmanı  yaşamaq  üçün   İŞ  TAPA  BİLMİR. 

 

Əzizov Kamil Bafadar  oğlu 09.09.1990-cı ildə Sumqayıt  şəhərində  anadan olub

2008-ci ildə orta məktəbi  bititirib və  həmin il  AzTU -nin “Cihazqayırma mühəndisliyi” fakültəsinə daxil olub. 2014-cü  ildə hərbi xidmətə  gedib.

Kamil  Əzizov hərbi xidməti başa vurduqdan sonra  peşəkar idman karyerasını  davam etdirib, dövlətimizi  xarici ölkələrdə təmsil edib. Gənc idmançıların yetişməsində fəal iştirak edib.  

Kamil Əzizov  27.09.2020-ci  ildə torpaqlarımızın isğaldan azad olunmasi ugrunda gedən döyüslərdə könüllü iştirak edib və “Vətən müharibəsi iştirakçısı”, ”Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları və digər mükafatlarla  təltif olunub.

2023-cü ildə Dövlət qulluğunun müsabiqə mərhələsində test imtahanında müsbət nəticə eldə edib uğur qazanıb.

Rus və ingilis  dillərində  sərbəst  danışır.

Hazırda 35 yaşı  var  və subaydır.

Peşəkar idmançı, İkinci Qarabağ savaşının veteranı olan Kamil Əzizov  işsizlikdən şikayətçidir:

“İşlə təmin olunmağım üçün müvafiq dövlət qurumlarına rəsmi şəkildə 150-dən çox məktub ünvanlamışam, amma mənə kömək edən yoxdur.

Dəfələrlə, Sumqayıt ŞİH-nin başçısı Zakir Fərəcovun, onun birinci müavini Teymur Səmədovun qəbulunda olmuşam, onlar  işlə təmin olunmaq üçün mənə söz versələr də nəticə olmayıb”.

Kamil Əzizov müraciətində qeyd edir ki, mən dövlətimdən ev, maşın istəmirəm, HALALCA  İŞ  İSTƏYİRƏM.

 

Redaksiyadan: Mövzunu gündəmdə saxlayacağıq  və müvafiq dövlət qurumlarının mövqeyini  bilmək istəyirik.

NUH informasiya agentliyi səhifəsindən çap edilib