Dərc edilib: 08-09-2025

https://www.nuh.az/42923-.html

İlham Əliyevin Astanaya səfəri hazırlanır

08.09.2025 18:54:55

Siyasət

Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayev Prezident İlham Əliyevin Astanaya səfərinin hazırlandığını açıqlayıb.

“Qafqazinfo” “inbusiness.kz” portalına istinadən xəbər verir ki, Tokayev bu barədə Qazaxıstan xalqına müraciətində danışıb. 

“İlin sonunda Rusiya və Özbəkistana səfərlərim olacaq. Bununla yanaşı, Azərbaycan, Ermənistan və Türkmənistan liderlərinin Astanaya səfərləri hazırlanır. Həmçinin bir sıra Asiya və Avropa ölkələrinin rəhbərləri ilə görüşlər də planlaşdırılıb”, - Qazaxıstan prezidenti bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib